“ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır” –ƏRDOĞAN

“Demokratiyanın beşiyi” deyə xarakterizə edilən Amerikada baş verən hadisələr həqiqətən bütün insanlığı şoka saldı.

“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

Türkiyə lideri ABŞ-da baş verənləri demokratiya üçün “üz qarası” adlandırıb: “Hadisələrdə ölənlərin ailələrinə səbr diləyir, yaralananlara keçmiş olsun deyirik. Ümid edirəm ki, 20 yanvar tarixində hazırkı Prezident Donald Tramp vəzifəsini sakit bir şəkildə təhvil verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan Ermənistan ərazisindən Naxçıvana nəqliyyat rabitəsi imkanı əldə edəcək” –

Sonrakı məqalə

“Yaxın həftələrdə Bakıda qar gözlənilmir” –