ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb

ABŞ-ın Florida ştatında 12 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb.

Bunu Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu gün daha iki nəfərin cəsədi tapılıb: “Ölənlərin ümumi sayı indi 24 nəfərdir. 124 nəfərin taleyi naməlum olaraq qalır”.

Qeyd edək ki, sözügedən çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Son sutkada virusa yoluxanların sayı açıqlandı

Sonrakı məqalə

Bakıda yeni Avropa rekordu rəsmiləşib