Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ-da bir nüvə sınağı 150 milyon dollara başa gələcək

Orkhan Ali 31 Oktyabr 2025 - 13:24 (Last updated: 31 Oktyabr 2025 - 08:26)
ABŞ

ABŞ

ABŞ-da hər bir nüvə silahı sınağının ölkəyə 150 milyon dollara başa gələ biləcəyi bildirilib. AzPost The Guardian nəşrinə istinadla xəbər verir ki, bu barədə Senat üzvü Meizi Xirono Strateji Komandanlığın rəhbərliyinə namizəd Rişard Korrelin iştirakı ilə keçirilən dinləmələrdə məlumat verib.

Xirononun sözlərinə görə, ekspertlər bir nüvə sınağının dəyərini 125–150 milyon dollar aralığında qiymətləndirirlər. O, bu qədər yüksək xərcin fonunda belə proqramların bərpasının məqsədəuyğunluğunu şübhə altına alıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp son bəyanatında Pentaqona dərhal nüvə sınaqlarına başlamağı tapşırıb. O, bunun digər nüvə dövlətlərinin fəaliyyətinə cavab xarakteri daşıdığını deyib və ABŞ-ın bu məqsəd üçün kifayət qədər poliqonlara sahib olduğunu vurğulayıb.

Trampın sözlərinə görə, yaxın vaxtlarda sınaqlarla bağlı əlavə məlumatlar ictimaiyyətə açıqlanacaq. Bu qərar Rusiyanın “Burevestnik” raketinin sınaqları barədə xəbərlərin yayılmasından sonra verilib.

ABŞ isə sonuncu dəfə nüvə sınağını 1992-ci ildə keçirib. Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Dmitri Novikov bildirib ki, Trampın açıqlaması dünyada yeni silahlanma yarışının qarşısını almaq üçün sülh təşəbbüslərinin aktuallığını bir daha gündəmə gətirib.

Hazırda Vaşinqtonda bu məsələ ilə bağlı geniş ictimai və siyasi müzakirələr aparılır.

AzPost.az

Post navigation

Previous: Kliniki Uroloji Xəstəxanaya yeni direktor və baş həkim təyin edilib
Next: Yadplanetlilər ABŞ və SSRİ-nin nüvə sınaqlarını müşahidə etmiş ola bilərlər

Oxşar xəbərlər

kusner
  • Dünya

Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı

User 15 Noyabr 2026 - 12:48
dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39

xƏBƏR

avto yaqisli hava
  • Maraqlı

Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır

User 15 Noyabr 2026 - 15:24
Havaların soyuması ilə avtomobillərin istismarında bir sıra problemlər meydana çıxır. Yay və payız aylarında ciddi çətinlik yaratmayan...
Read more about Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır
Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08
Göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib gemi zerbe
  • Sosial

Göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib

User 15 Noyabr 2026 - 14:27
İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO raket starsip
  • Sosial

İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO

User 15 Noyabr 2026 - 13:09
Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı kusner
  • Dünya

Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı

User 15 Noyabr 2026 - 12:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.