ABŞ-da casus kimi məhkum edilmiş Butina Rusiya dövlət televiziyasında işə başlayıb

ABŞ-da xarici agent kimi işlədiyinə görə həbs edilən və Moskvaya deportasiya edilən Mariya Butina Rusiya dövləti tərəfindən maliyyələşdirilən RT televiziyasında müxalifəti lağa qoyan onlayn şounun aparıcısı kimi işə başlayıb.

31 yaşlı Mariya Butina ötən ilin dekabr ayında ABŞ məhkəməsində silah hüquqları qrupuna daxil olaraq və mühafizəkar fəallar və respublikaçılara təsir edərək, Rusiya agenti kimi fəaliyyət göstərməklə bağlı günahını etiraf edib.

O, 18 aylıq cəzasının əsas hissəsini çəkdikdən sonra oktyabr ayında deportasiya edilib. Moskvada məmurlar ona qarşı olan ittihamları gülünc adlandıraraq onun faktları etiraf etmək üçün məcbur edildiyini deyiblər.

Çərşənbə axşamı yayımlanan şou üçün təqdimat klipində “xarici agent” köynəyini geyinən Butina, “Yaxşı, mən indi evdəyəm” deyib.

“Möhtəşəm Rusiya Bu Bu Bu” adlı şou prezident Vladimir Putinin artıq hakimiyyətdə olmadığı “Gələcəyin möhtəşəm Rusiyası”-dan danışan tanınmış Kreml tənqidçisi Aleksey Navalnının oxşar şüarını lağa qoyan söz oyunundan ibarətdir.

RT telekanalı Butinanın keçən həftə şouda iştirak etdiyini və bu ilin əvvəlində anti-Kreml etirazlarında bir neçə rus müxalifət fəalının həbsini müdafiə etdiyini bildirib.

Rusiyanın insan hüquqları üzrə komissarı keçən ay Butinanı xaricdə həbsdə olan rusların müdafiəsi kampaniyası ilə məşğul olması üçün işə götürüb.

Putin bundan əvvəllər də xaricdə həbs olunaraq rus agentləri olduğu idda edilən şəxləri səmiməyyətlə qarşılayıb. O hətta 2010-cu ildə ABŞ-da həbs edilən, daha sonra isə böyük bir mübadilə çərçivəsində sərbəst buraxılan rus casusu Anna Şapman ilə vətənpərvərlik mahnıları oxuyub.

Çapman daha sonra özəl Ren TV kanalında televiziya aparıcısı kimi işə başlayıb.

Moskvadakı rəsmi şəxlər bildirir ki, İngilis, Ərəb, İspan, dillərində yayımlar edən RT televiziyası qlobal mediada dominantlıq edən və qərəzli xəbərlər yayan ABŞ və Britaniya mediası ilə rəqabət aparmaq üçün fəaliyyət göstərir. Lakin tənqidçilər kanalın Rusiya dövlətinin təbliğat qolu kimi fəaliyyət göstərdiyini bildirir. Telekanal bu iddianı rədd edir. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

469 nəfər deputatlığa namizədlik üçün müraciət edib –

Sonrakı məqalə

Azərbaycanda nikah və boşanmaların statistikası açıqlanıb