ABŞ-da dənizdə boğulan Ceyhun həyat yoldaşını xilas etmək istəyirmiş…

ABŞ-nin Florida ştatının Mayami şəhərində azərbaycanlı gənc Ceyhun Sadibəyli faciəli şəkildə həlak olub.
AzPost bildirir ki, bu barədə Bakupost.az -a Ceyhun Sadıqbəylinin yaxınları bildirib.
Onların dediyinə görə, hadisə “South Beach” adlanan ərazidəki çimərlikdə baş verib. Belə ki, orada istirahət edərkən Ceyhunun həyat yoldaşı suda boğulmaq təhlükəsi iləüz-üzə qalıb. Xanımını ölümün cəngindən xilas edən Ceyhun özü boğularaq həlak olub.
Yenicə ailə həyatı quran Ceyhun Bostondakı şirkətlərin birində satış meneceri işləyirmiş.
Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, Ceyhun 2000-ci ildə Yardımlı rayonunun Bozayran kəndində doğlub. O, 665 balla ADA Universitetinin Biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olaraq bakalavr pilləsini bitirmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.