ABŞ-da damba uçub, 50 min nəfər təxliyə olunur

ABŞ-ın Sietl şəhəri yaxınılığındakı Kinq qraflığının sakinlərinə təxliyə göstərişi verilib.

Yaşayış məntəqəsi yaxınlığındakı damba günlərdir yağan aramsız leysana davam gətirməyərək uçub. Vəziyyət təhlükəli olduğu üçün 50 minədək sakinin təxliyəsinə göstəriş verilib. Fəlakət zonasına xilasedicilər cəlb olunub.

Dambanın uçması “Boeing”in zavoduna da risk yaradıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.