ABŞ-da etirazçılar Xristofor Kolumbun heykəlini dağıdıb –FOTO

ABŞ-ın cənub-şərq Virciniya ştatında Xristofor Kolumbun heykəli etirazçılar tərəfindən yıxılıb, yandırılıb və gölə atılıb.

Aksiya iştirakçıları paytaxt Riçmondun Bird parkına toplaşaraq, heykəlin götürülməsini tələb edib.

Richmond Times-Dispatch qəzetində yerli icma üzvünün Amerikadakı yerli və qaradərililərin mübarizələri arasındakı paralellərdən danışdığını yazıb.

Hadisə yerində çəkilən videoda günorta vaxtı heykəlin ətrafına toplaşan izdihamı görmək olub. Heykəli yıxmaq üçün etirazçılar iplərdən istifadə edib və gölə atmazdan əvvəl heykəlin uzərində “Kolumb soyqırımı təmsil edir” sözlərini yazıb.

Qəzet parkda heç bir polisin olmadığını, ancaq heykəl yıxıldıqdan sonra yaxınlıqda polis vertolyotunun göründüyünü bildirib.

The Times-Dispatch heykəlin Riçmond şəhərində 1927-ci ilin dekabrında qoyulduğunu və onun ölkənin cənubda ilk Xristofor Kolumb heykəli olduğunu yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avrokuboklarla bağlı heç bir qərar verilməyib –

Sonrakı məqalə

“Qarabağ münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” –