ABŞ-da evin isidilməsi zaman baş vermiş yanğında 4 nəfər ölüb

ABŞ-ın Texas ştatının cənub-qərbində baş vermiş yanğın zamanı üçü uşaq olmaqla dörd nəfər ölüb.

APA “Houston Chronicle” qəzetinə istinadən xəbər verir ki, hadisənin bölgədə müşahidə olunan anomal soyuq hava ilə əlaqədar istifadə edilən qızdırıcı sobadan meydana gəldiyi ehtimal olunur.

Məlumata görə, Şuqarlend yanğından mühafizə xidməti hadisə yerinə çağırılıb. Yanğının baş verdiyi evdə üç azyaşlı uşağın və onların nənəsinin cəsədləri aşkar edilib. Yanğınsöndürənlərin nümayəndəsi Daq Edolfun dediyinə görə, onlar gələrkən ölən uşaqların anası evin yaxınlığında olub. Yanğında qadın da xəsarət alıb, lakin onun həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir.

Qeyd edilir ki, yanğın baş verən zaman ərazidə elektrik enerjisi kəsilibmiş. Ailə evi isitmək üçün daş sobanı yandırıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bundan sonra heç vaxt Ermənistanda yüksək vəzifədə olmayacağam” –

Sonrakı məqalə

İtaliyada daha 336 nəfər COVID-19 diaqnozundan dünyasını dəyişib