Amerika Birləşmiş Ştatları dünyada heç kimin haqqında məlumatı olmadığı ən güclü silaha malikdir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə mətbuat nümayəndələri ilə görüşü zamanı bildirib.
“Bizim heç kimin zərrə qədər təsəvvürü olmayan silahımız var. Bu, dünyada ən güclü silahdır”, – deyə Tramp vurğulayıb.
Bununla belə o, söhbətin hansı silahdan getdiyini açıqlamayıb.