ABŞ-da kilsəyə hücum olub-İki nəfər ölüb, bir neçə nəfər yaralanıb

ABŞ-da kilsəyə hücum olub, ölənlər var.

APA-nın “ABC7″yə istinadən verdiyi xəbərə görə, Kaliforniya ştatının San-Xose şəhərindəki baptist kilsəsinə hücum olub.

Kilsədəkilərə bıçaqla hücum edilib, hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Polisin məlumatına görə, yaralıların bəzilərinin vəziyyəti ağırdır, eyni zamanda hadisə baş verən zaman kilsədə ibadət olmayıb.

Hadisənin qurbanları soyuqdan qorunmaq üçün kilsəyə sığınmış evsiz şəxslər olub.

Hadisəni törədənlərin kimliyi və insidentin motivi hələlik bəlli deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə koronavirus peyvəndi pulsuz olacaq

Sonrakı məqalə

FHN koronavirus təhlükəsi ilə bağlı əhaliyə müraciət edib –