ABŞ-da koronavirusa gündəlik yoluxma sayı rekorda çatıb

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı rekord göstəriciyə – 184 514-ə çatıb.

Bu barədə Cons Hopkins Universitetinin açıqlamasında deyilir.

Qeyd olunur ki, bundan öncə rekord göstərici ötən gün qeydə alınmışdır. Belə ki, noyabrın 13-də ABŞ-da COVID-19-a 153 496 nəfər yoluxub.

Son sutka ərzində sözügedən infeksiyada 1 431 nəfər ölüb.

Xatırladaq ki, epidemiyanın başlanmasından bəri ABŞ-da 10 745 524 nəfər koronavirusa yoluxub, 244 min nəfərdən çox insan ölüb, 4 mln. nəfər sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tbilisidə müxalifətin etiraz aksiyası keçirilir

Sonrakı məqalə

Tərtər rayonunun işğaldan azad olunan Talış kəndi –