Tbilisidə müxalifətin etiraz aksiyası keçirilir

Gürcüstanda müxalif partiyalar paytaxt Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirir.

Etirazçılar şəhərin müxtəlif istiqamətlərindən parlament binasına doğru yürüş ediblər. Etirazçılar Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvanianın istefasını, həmçinin təkrar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Mitinqin keçirildiyi əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, oktyabrın 31-də  Gürcüstanda keçirilən 10-cu çağırış parlament seçkilərinin birinci raundunda hakim “Gürcü Arzusu partiyası qalib gəlib və hökuməti formalaşdırmaq üçün minimum 76 parlament yerindən 75-ni qazanıb. Müxalif partiyalar seçkilərin nəticələrini tanımadıqlarını, parlament yerlərindən, eləcə də seçkilərin ikinci raundunda iştirak etməkdən imtina etdiklərini açıqlayıblar. Bu həftə müxalif partiyalarla hakim partiya arasında xarici diplomatların vasitəçiliyi ilə danışıqlara başlanılıb.

Parlament seçkilərinin ikinci raundu noyabrın 21-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Laçın rayonunun işğaldan azad olunan Güləbürd kəndi –

Sonrakı məqalə

ABŞ-da koronavirusa gündəlik yoluxma sayı rekorda çatıb