ABŞ-da koronavirusa yoluxanların sayı 38 mini keçdi

ABŞ-da son bir gündə koronavirusa yolucanların sayı 13 min 960 nəfər olub.

APA-nın “Investing”ə istinadən verdiyi məlumata görə, bunla da ölkə üzrə virusa yoluxanların ümumi sayı 38 min 167 nəfərə çatıb. Qeyd edilib ki, ABŞ bu göstərici ilə yalnız Çin və İtaliyadan geridə qalır.

Ölüm hallarının sayının isə 396-ya yüksəldiyi bildirilir.

TASS bildirir ki, ABŞ-da bütün yoluxma hallarının demək olar ki, yarısı – 12 mindən çoxu Nyu-York ştatındadır. Sonrakı yerlərdə Vaşinqton və Kaliforniya ştatlarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gecə Bakının yolları dezinfeksiya olunur –

Sonrakı məqalə

Suriyada ilk koronavirus yoluxması qeydə alındı