ABŞ-da koronavirusla bağlı vəziyyət pisləşəcək” –

Trampdan pessimist açıqlama
22 İyul 2020 - 14:22

ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirusla bağlı vəziyyətin pisləşəcəyini açıqlayıb.

Bu barədə “Reuters” məlumat yayıb.

D.Trampın proqnozlarına əsasən, koronavirus üzərində qələbədən əvvəl vəziyyət daha da pisləşəcək.

“Daha yaxşı olmazdan əvvəl vəziyyət pisləşəcək. Mənə bunu demək xoş deyil, ancaq işlər buna doğru gedir”, – deyə D.Tramp bildirib.