ABŞ-da Milli Qvardiyaya məxsus helikopter qəzaya uğrayıb-

3 hərbçisi həlak olub
04 Fevral 2021 - 00:34

ABŞ-ın Aydaho ştatında Milli Qvardiyaya məxsus “UH-60 Black Hawk” hərbi helikopter qəzaya uğrayıb.

RİA Novosti xəbər verir ki, bu barədə qvardiyanın “facebook” səhifəsində məlumat yerləşdirilib.

Qeyd edilib ki, hadisə Liki-Pik çəhərinin cənubunda baş verib. Qəza nəticəsində helikopterin göyərtəsində olan 3 pilot həlak olub.