ABŞ-da müəllimlər məktəbdə dərslərə silahla girəcəklər –Qanun

ABŞ-ın Ohayo ştatında Qubernator Mayk DeVayn tərəfindən imzalanan yeni qanuna əsasən, ştatın məktəblərində çalışan müəllimlər və işçilər 24 saatlıq təlimi başa vurduqdan sonra payızda başlayacaq yeni dərs ilində icazə vəsiqəsi olmadan sinif otaqlarında üzərilərində silah gəzdirə biləcəklər.

“Silahlı müəllim hazırlığı qanunu” 90 gün ərzində qüvvəyə minəcək. Qanuna əsasən, təlim saatlarının sayı 728-dən 24-ə endiriləcək. Müəllimlər və məktəb işçiləri, o cümlədən qapıçılar və avtobus sürücüləri də hər il əlavə 8 saat silah təlimi keçməli olacaqlar.

Silah daşımaq üçün təlim keçmiş bütün məktəb işçiləri hər il cinayət keçmişinin yoxlanılması prosedurundan keçməlidirlər. Ohayo ştatında 200-ə yaxın məktəb var.

Əvvəlki məqalə

Bu gün “ASAN xidmət”də qeyri-iş günüdür

Sonrakı məqalə

Gürcüstan prezidenti mitinq təyin etdi