ABŞ-da prezident seçkilərində Donald Tramp irəlidədir

ABŞ-da prezident seçkilərində ilkin nəticələrə görə Respublikaçıların namizədi, hazırkı Prezident Donald Tramp öndədir.

 D. Tramp seçkilərdə səslərin əhəmiyyətli bir hissəsi sayıldıqdan sonra Demokratların namizədi Co Baydeni qabaqlayır.

Seçkilərdən öncə qələbəsi şübhə doğuran bəzi ştatlarda Donald Tramp Co Baydeni qabaqlayıb. 

Belə ki, Pensilvaniya (20 Seçicilər Kollegiyası), Ohayo (18 Seçicilər Kollegiyası), Şimali Karolina (15 Seçicilər Kollegiyası), Ayova (6 Seçicilər Kollegiyası) Miçiqan (16 Seçicilər Kollegiyası) və Viskonsin (10 Seçicilər Kollegiyası) ştatlarında Donald Tramp Co Baydendən irəlidədir. Son iki ştatda seçki öncəsi “exit-poll”arda Demokratlar öndə olsa da hazırkı nəticələrə görə Respublikaçılar irəlidədir. Tramp Florida, Ohayo, Kentukki, Kanzas, Luiziana, İndiana, Vyominq, Qərbi Vircinya,  Cənubi Karolina, İdaho, Alabama, Mississippi, Tennesi, Oklahoma, Arkanzas, Cənubi Dakota, Şimali Dakota, Missuri, Nebraska, Ayova və Montana ştatlarında qələbə qazanıb.  Bayden isə Havay, Minnesota, Kolorado, Nyu-Meksiko, Kaliforniya, Nyu-Hempşir, Oreqon, Vermont, Virciniya,  Vaşinqton, Rod-Aylend, Nyu-York, Nyu-Cersi, Massaçusets, Merland, İllinois, Delaver və Konnektikut, həmçinin Kolumbiya bölgəsində səs çoxluğu ilə qələbə qazanıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Paşinyan üzərinə bu öhdəliyi götürsə, biz dayanmağa hazırıq” –

Sonrakı məqalə

“Biz qalibik, lakin onlar seçkini oğurlamağa çalışırlar” –