ABŞ-da qasırğa nəticəsində azı 23 nəfər ölüb

ABŞ-ın mərkəzi ştatlarında hökm sürən qasırğa 23 nəfərin ölümünə səbəb olub.

Ölüm hadisəsinin 14-ü Kentukki, 7-si Missuri və 2-si Virciniya ştatında qeydə alınıb. Ümumilikdə Missuri, Kentukki, İllinoys və İndianada ştatlarında 26 tornado baş verib.

Missuridən Miçiqana və Nyu-Cersiyə qədər 15 ştat qasırğanın fəsadları ilə üzləşib. Təbiət hadisəsi nəticəsində evlərə ziyan dəyib və elektrik xətləri sıradan çıxıb. 700 mindən çox ev və müəssisə elektriksiz qalıb.

Qasırğanın gələn həftənin əvvəlinə qədər davam edəcəyi proqnozlaşdırılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.