ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalar müzakirə ediləcək

Avropa İttifaqının nümayəndələri sentyabrın 8-də Birləşmiş Ştatlara səfər zamanı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.

Bu barədə “Associated Press” öz mənbələrinə istinadən məlumat yayıb.

“Avropalı rəsmi şəxslərdən ibarət komanda bazar ertəsi Rusiyaya qarşı müxtəlif iqtisadi təzyiq formalarını, o cümlədən, sanksiyaları müzakirə etmək üçün ABŞ Maliyyə Nazirliyinə baş çəkəcəklər”, – deyə məlumatda qeyd olunur.

Məlumata əsasən, nümayəndə heyətinə Avropa İttifaqının sanksiya məsələləri üzrə nümayəndəsi David O’Sallivan başçılıq edəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.