ABŞ-da səbətə oxşar bina tikilib –

FOTO
29 İyun 2021 - 17:49

ABŞ-ın Ohayo ştatında inşa edilmiş səbət formasına malik binanın çəkisi təxminən 8500 ton, dayaqlarının çəkisi isə 150 tondur.

Binanın tikintisində 8000 kubmetr dəmir-beton istifadə edilib. Bina təxminən 2200 kvadratmetrlik ərazidə yerləşir.

Yeddimərtəbəli bina 3300 kvadratmetr sahəsi olan ofislərdən ibarətdir. Bundan əlavə, birinci mərtəbədə 142 yerlik teatra bənzər tamaşa salonu var.