ABŞ-da səkkiz yaşlı qıza köpək balığı hücum edib

ABŞ-ın Texas ştatının Qalveston şəhərində səkkiz yaşlı qız uşağına köpək balığı hücumu qeydə alınıb.

AzPost xəbər verir ki, Harper Oçoa adlı azyaşlı dayaz suda oynayarkən qəfil köpək balığı onun baldırını dişləyib.

Uşaq qışqıraraq kömək istədikdən sonra ətrafdakılar tərəfindən sudan çıxarılıb. Anası əvvəlcə hadisəyə skatın səbəb olduğunu güman etsə də, həkimlərin müayinəsi xəsarətin məhz köpək balığının dişləməsi nəticəsində yarandığını təsdiqləyib.

Qızın ayağında ciddi dərin yara əmələ gəlib. Həkimlər zədənin bərpası üçün on üç metal skobdan istifadə ediblər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.