ABŞ-da silahlı insident zamanı 1 polis əməkdaşı ölüb, 2-si yaralanıb

ABŞ-ın Texas ştatında cinayətkarlarla polis arasında silahlı insident baş verib.

APA “CNN” telekanalına istinadən xəbər verir ki, hadisə ştatın Hyuston şəhərində qeydə alınıb.

Atışma nəticəsində 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb.

Şəhər polis idarəsi rəisinin köməkçisi Ceyms Consun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları, yəqin ki, barlardan birinin yaxınlığında küçə soyğunçularını həbs etmək istəyib: “Polislər şübhəli şəxsi tutmağa və ya saxlamağa çalışıblar. Bu zaman digər şəxs polisə arxadan yaxınlaşaraq silahdan bir neçə atəş açıb”.

Yaralılar xəstəxanaya yerləşdirilib. Silahlı şəxsin axtarışları davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SOCAR qazın tarifinin dəyişməsinin səbəblərini açıqlayıb

Sonrakı məqalə

IDEA ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb