ABŞ-da son sutkada 27 327 nəfər koronavirusa yoluxub

- 2612 nəfər ölüb
30 Aprel 2020 - 17:01

ABŞ-da son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 27 327 yoluxma halı qeydə alınıb, 2612 nəfər vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-da koronavirusa yoluxanların sayı 1 040 488 nəfərə çatıb.

Xəstəliyə yoluxan 124 mindən çox şəxs sağalıb, 60 mindən çox insan isə vəfat edib.