ABŞ-da Ukrayna və Amerika nümayəndə heyəti arasında görüş başlanıb.
AzPost bildirir ki, bu barədə Ukrayna nümayəndə heyətinə başçılıq edən Rüstəm Umarov bildirib.
R.Umerovun sözlərinə görə, ABŞ-da görüşün məqsədi ləyaqətli sülhə nail olmaq üçün atılacaq addımları müzakirə etməkdir.
Ukrayna nümayəndə heyətinin danışıqlar zamanı prioritetlərinə konstruktiv dialoq, Cenevrədə əldə edilən irəliləyiş əsasında danışıqların irəliləməsi və Ukrayna maraqlarının qorunması daxildir.