ABŞ daha bir böyük Rusiya bankını qlobal valyuta sistemindən kənarlaşdırdı

Aktivlərinin həcminə görə Rusiyada ilk 25-liyə daxil olan “Ak Bars Bank” xarici valyutada əməliyyatlarını dayandırıb.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

ABŞ-ın yeni sanksiyalar paketinə daxil olan bank xəbərdarlıq edib ki, bundan sonra müştərilər üçün valyuta köçürmələri həyata keçirməyəcək və həmçinin xarici valyuta mübadiləsini də dayandıracaq.

Bankın bildirdiyinə görə, konvertasiya əməliyyatlarının dayandırılması həm dollara, həm avroya, həm də BƏƏ dirhəminə təsir edəcək.

Müharibədən əvvəl Tatarıstan hökumətinə və əlaqəli strukturlara aid olan “Ak Bars Bank” uzun müddət Qərb dövlətləri tərəfindən “qara siyahı”ya düşməkdən yayınıb və rusların xaricə ödəniş etməsinə icazə verib. Bu məqsədlə keçmiş SSRİ ölkələrində yerləşən və “Ak Bars”ın müxbir hesabları olan banklardan da istifadə edilib.

Bank həmçinin Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınmaq üçün mərkəzə çevrilən və varlı rusların 30 faizinə qədərinin pulları ilə köçdüyü Birləşmiş Ərəb Əmirliklərində Rusiyanın əsas hesablaşma mərkəzlərindən birinə çevrilmişdi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.