“ABŞ-dan FETÖ-çülərə qarşı tədbirlər gözləyirik”- Türkiyə XİN

“Ankara Vaşinqtondan Fətullah Gülənin ABŞ-dakı tərəfdarlarının fəaliyyətinin dayandırılması üçün tədbirlər görməsini gözləyir”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib.

XİN rəsmisinin sözlərinə görə, ABŞ terrorizmlə mübarizədə prinsipial, ardıcıl, qəti və effektiv mövqe nümayiş etdirməlidir.

Daha əvvəl Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirmişdi ki, Ankara ABŞ-dan Suriyanın şimalında terror təşkilatlarına qarşı mübarizədə tərəfdaşlıq ruhuna sadiq qalmasını gözləyir.

Kalının sözlərinə görə, ölkədə və onun hüdudlarından kənarda terror təhlükəsi olduğu halda Türkiyədən heç kim susqunluq gözləməməlidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.