“ABŞ-dan yazılı heç bir təklif almamışıq” –İran XİN

İran hələ də nüvə proqramı ətrafında böhranın həlli üçün Amerika tərəfdən yazılı təkliflər almayıb.

AzPost-un məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai məlumat verib.

Həftəlik brifinqdə diplomat deyib: “Hələ ki, Amerika tərəfdən heç bir yazılı təklif almamışıq. Bütün təkliflər Omanda danışıqlar zamanı  şifahi olaraq verilib. Lakin bizə heç bir yazılı təklif təqdim olunmayıb”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.