ABŞ Dövlət Departamenti Ermənistanla sərhəddə yaranmış vəziyyətlə bağlı açıqlama yaydı:

"Diqqətlə izləyirik"
13 May 2021 - 23:24

ABŞ Ermənistan və Azərbaycanı sərhəddə yaranmış vəziyyəti dinc yolla həll etməyə çağırır.

Azpost.info bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays Tvitterdə yazıb.

Biz erməni-azərbaycan sərhədinin demarkasiyanın hələ başlamadığı məntəqəsində  gərginliyin artması barədə məlumatları diqqətlə izləyirik. Başa düşürük ki, tərəflər arasında danışıqlar davam edir. Biz təmkinli olmağa və vəziyyəti dinc yolla nizama salınmasına çağırırıq” -deyə Prays vurğulayıb.