ABŞ Dövlət Departamenti Ermənistanla sərhəddə yaranmış vəziyyətlə bağlı açıqlama yaydı:"Diqqətlə izləyirik"

ABŞ Ermənistan və Azərbaycanı sərhəddə yaranmış vəziyyəti dinc yolla həll etməyə çağırır.

Azpost.info bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays Tvitterdə yazıb.

Biz erməni-azərbaycan sərhədinin demarkasiyanın hələ başlamadığı məntəqəsində  gərginliyin artması barədə məlumatları diqqətlə izləyirik. Başa düşürük ki, tərəflər arasında danışıqlar davam edir. Biz təmkinli olmağa və vəziyyəti dinc yolla nizama salınmasına çağırırıq” -deyə Prays vurğulayıb.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Eynşteynin gələcək kəşflərdən xəbər verən naməlum məktubu dərc edilib

Sonrakı məqalə

Bu günə qədər dünyada COVİD-ə qarşı nə qədər peyvənd vurulub? –