ABŞ Dövlət Departamentinin rəsmisi: “Azərbaycan güclü tərəfdaş ölkədir”

09 İyun 2021 - 13:41

“Azərbaycan güclü tərəfdaş ölkədir”.

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramovla görüşdə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker deyib

O, ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb.

Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən ABŞ rəsmisi, eyni zamanda bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib.