“Erməni yaraqlıları məhkəmədə özlərini məzlum göstərirlər, Şuşa həbsxanasında cəllad idilər”Zərərçəkən

“Bunlar məhkəmədə özlərini məzlum göstərsə də, Şuşa həbsxanasında cəllad idilər”.

APA xəbər verir ki, bunu birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin bu gün keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxs qismində dindirilən Cavid Hüseyn deyib.

O bildirib ki, təqsirləndirilən şəxslərin ikisi də Azərbaycan dilini bilirlər: “1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə əsir düşmüşəm. Həmin gün bizi Ağdamda saxladılar, orada bizi öldürmək istəyirdilər. Sonradan onlara məlumat gəldi ki, bizi dəyişəcəklər. Bizi əvvəlcə Xankəndinə aparıb döydülər, daha sonra Şuşa həbsxanasına apardılar. Orda dəmir boru ilə başımıza vururdular. Şuşa həbsxanasının qarşısı buz bağlamışdı, oranı bizə təmizlətdilər, məni orda dəmir parçası ilə döyüb qarın altında basdırdılar.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları gəlmişdi, onlar mənim vəziyyətimi görməsin deyə məni qalaya atdılar. Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan mənim əllərimi bağladı, həbsxananın rəis müavini məni döyməyə başladı. Mənə sual verdilər ki, Qarabağ bizimdir, yoxsa sizin? Mən cavab verdim ki, Qarabağ bizimdir. Məni dubinka ilə elə döydülər ki, gözüm çıxdı. Sonra yenə Beynəlxalq Qırmızı Xaç Komitəsi gəldi bizə baş çəkməyə. Yenə də məni bu vəziyyətdə görməmələri üçün karsa saldılar.

Biz Şuşa Həbsxanasında olanda uşaq bağçalarından uşaqları gətirib bizi onlara göstərib dedilər ki, bunlar türkdür, bizim düşmənlərimizdir, onlara yaxın getməyin sizi öldürərlər. Onlar uşaqları nasist kimi böyüdürdülər. Bizi müxtəlif alətlərlə döyürdülər”.

Zərərçəkən qeyd edib ki, onlar həbsxanada olanda ermənilər oraya qızlar gətiriblər: “Qızların gözləri qarşısında bizi döyürdülər və bu hərəkətlərini qızlara göstərməklə fəxr edirdilər.

Mkrtiçyanın əlinin üstündə LMN yazısı var idi. Bu, baxış zamanı da təsdiqləndi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabahın hava proqnozu –

Sonrakı məqalə

ABŞ Dövlət Departamentinin rəsmisi: “Azərbaycan güclü tərəfdaş ölkədir”