ABŞ dövlət katibi Çini sanksiyalarla hədələdi

Vaşinqton Rusiya müdafiə sənayesini dəstəkləyən fəaliyyətlərini davam etdirəcəyi təqdirdə Çin tərəfinə qarşı yeni məhdudiyyətlər və sanksiyalar tətbiq etməyə hazırdır.

Azpost.info xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken bunu Pekində ABŞ İctimai Radiosuna müsahibəsində deyib.

“Çin bu fəaliyyətləri məhdudlaşdırmaq üçün hərəkətə keçməsə, biz daha çox şey etməyə hazırıq. Görməyə tam hazır olduğumuz başqa tədbirlər də var. Əvvəldə dediyim kimi, əgər Çin hərəkətə keçməsə, onda biz bunu edəcəyik. ,” – Blinken bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.