ABŞ Dövlət Departamenti Rusiyanı təcavüzkar adlandırdı

“ABŞ Dövlət Departamenti Rusiyanı Rusiya-Ukrayna sərhədindəki vəziyyət kontekstində “təcavüzkar” olaraq qiymətləndirir və Kiyevin gərginliyə səbəb olan addımlar atdığına dair heç bir əlamət görmür”.

RİA Novosti xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə axşamı bildirib.

“Açıq deyim: Rusiya bu vəziyyətdə təcavüzkardır. Ukraynanın təxribatlara və ya gərginliyə təhrik etdiyinə dair hər hansı bir əlamət görmədik. Gördüklərimiz, Ukraynanı hərəkətlərdə saxta ittiham etmək üçün hazırlanmış bir Rus dezinformasiya kampaniyasıdır. Bu, Kremlin törətdiyi həqiqətdir”, deyə Prays vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mixail Mişustin Baş nazir Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət edib

Sonrakı məqalə

Zelenski Putini Donbasda görüşə dəvət edib