ABŞ dövlət katibinin rəsmi nümayəndəsi Ceyhun Bayramovla görüşüb –FOTO

ABŞ Dövlət katibinin köməkçisinin müavini Olson Bakıda xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. 

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə Qafqaz danışıqları üzrə baş müşaviri (SACN) Endryu Şofer və səfir Litzenberger digər yüksək vəzifəli şəxslər iştirak edib.

Qeyd olunub ki, Ermənistan və Azərbaycanın rəhbərləri və xarici işlər nazirləri səviyyəsində nümaiş edilən və tərəflər arasında birbaşa əlaqələrin yaradılmasına yönələn son səylər ABŞ-ni ruhlandırır. Hər iki dövlət tərəfindən sərgilənən öhdəlik və çeviklik habelə aparılan birbaşa əməkdaşlıq regionda davamlı sülhə nail olmaq üçün vacibdir.

Əvvəlki məqalə

Bakı şəhərinə yeni prokuror təyin edilib –

Sonrakı məqalə

“Ukraynada əməliyyatın bütün tapşırıqları qeyd-şərtsiz yerinə yetiriləcək” –