Bakı şəhərinə yeni prokuror təyin edilib –FOTO

Bakı şəhərinə yeni prokuror təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Abbasov Elşən Akif oğlu tutduğu vəzifədən azad olunaraq Bakı şəhər prokuroru təyin edilib.

Azpost.info bildirir ki, Elşən Abbasov Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin iyununda Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi təyin edilib. III dərəcəli dövlət ədliyyə müşaviridir.

Qeyd edək ki, ötən gün Bakı şəhər Prokuroru İlqar Abbasovun səlahiyyət müddəti başa çatdığı üçün vəzifəsindən azad edilib.

Əvvəlki məqalə

“Space” TV-nin yayımı 3 saatlıq dayandırılacaq

Sonrakı məqalə

ABŞ dövlət katibinin rəsmi nümayəndəsi Ceyhun Bayramovla görüşüb –