ABŞ dövlət katibi Pompeo ilə Ceyhun Bayramovun görüşəcəyi vaxt açıqlandı

Vaşinqtonda Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət katibi Mayk Pompeo arasında keçiriləcək görüşün vaxtı məlum olub.

Azpost.info bildirir ki, görüş Bakı vaxtı ilə axşam saat 17.30-da (ABŞ vaxtı ilə 09.30-da) başlanacaq. Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

Saat 18.30 –da isə Pompeo Ermənistanın XİN rəhbəri Zoqrab Mnasakayanı qəbul edəcək.

Görüşdə Dağlıq Qarabağ ətrafında vəziyyət müzakirə olunacaq.

Minsk Qrupunun Rusiyalı həmsədri İqor Popov da Vaşinqtona yola düşüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir