ABŞ dövlət katibi Ukrayna üçün təhlükəsizlik təminatını müzakirə edib

Hakan Fidan Rubio
Hakan Fidan Rubio

ABŞ dövlət katibi Marko Rubio Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Polşa, Finlandiya və Ukraynanın xarici işlər nazirləri ilə telefon danışığı aparıb.

AzPost-un məlumatına görə, ABŞ Dövlət Departamentindən bildirilib ki, söhbət iştirakçıları danışıqlar yolu ilə Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün əməkdaşlığı davam etdirməyə razılaşıblar.

Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa qeyd edib ki, müzakirələr xüsusilə gələcək təhlükəsizlik təminatlarına yönəlib. “Mən Ukraynanın mövqeyini çatdırdım: Təhlükəsizlik təminatları konkret, hüquqi məcburi və effektiv olmalıdır. Onlar çoxtərəfli, o cümlədən hərbi, diplomatik, hüquqi və digər səviyyələrdə olmalıdır”, – o, X sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, söhbətin bütün iştirakçıları əmindirlər ki, istənilən bu cür təminatların əsası Ukrayna ordusudur, ona görə də onun maksimum güclənməsi əsas prioritet olmalıdır.

“Kiyev sülh yolunda növbəti addımlar atmağa hazırdır və istənilən formatlarda və coğrafi regionlarda liderlər səviyyəsində görüşlərə hazırdır”, – Ukrayna XİN rəhbəri daha sonra vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.