ABŞ Dumanın deputatları üçün yeni sanksiyalar hazırlayıb –“The Wall Street Journal"

Vaşinqton Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Məlumata görə, Dövlət Dumasının hələ “qara siyahıya” düşməyən deputatlarına – 300-dən çox parlamentariyə münasibətdə cəza tədbirləri nəzərdə tutulur.

Qəzet ABŞ administrasiyasındakı mənbələrə istinadən yazır ki, prezident Co Bayden martın 23-də Avropaya səfəri zamanı yeni sanksiyaları elan edəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.