“ABŞ-Ermənistan təlimləri Bakı ilə İrəvan arasında qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə vermir”- KREML

“ABŞ və Ermənistan arasında birgə hərbi təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə və Bakı ilə İrəvan arasında qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə vermir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın öz qoşunlarını Qarabağda cəmləşdirməsi ilə bağlı iddiasına münasibətində bildirib.

Peskov əlavə edib ki, Rusiya regionda təhlükəsizliyin təminatçısı kimi öz funksiyalarını yerinə yetirməkdə davam edir

Paşinyan hökumətin bugünkü iclasında Azərbaycanın Ermənistanla sərhəddə və bölgədəki təmas xəttində qoşun cəmləşdirdiyini bildirib. Azərbyacan Xarici İşlər Nazirliyi Paşinyanın səsləndirdiyi iddialara cavab verib. XİN bildirib ki, Paşinyanın Azərbaycanı bölgədə hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi, guya Azərbaycanın ərazidə qüvvələr cəmləşdirməsi iddiaları irəli sürməsi Ermənistan tərəfinin növbəti saxta siyasi manipulyasiyasının tərkib hissəsidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.