“ABŞ hər ay Ukraynaya 1,5 milyard dollar ayıracaq” –Dövlət katibinin nümayəndəsi

Ukrayna hökuməti ABŞ-dan ayda təxminən 1,5 milyard dollar məbləğində maliyyə yardımı alacaq.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan deyib.

O bildirib ki, Ukrayna hökumətinə birbaşa dəstək Co Bayden administrasiyasının prioritetlərindəndir. Hoqan əlavə edib ki, ABŞ orta və uzunmüddətli perspektivi nəzərə almalıdır və indi Vaşinqtonun səyləri Ukrayna hökumətinin işini təmin etməyə yönəlib.

Azpost.info

Əvvəlki məqalə

Türkiyə səfiri Şuşaya gedib

Sonrakı məqalə

Rusiya keçmiş sovet ölkələrinin müstəqilliyini tanımaqdan imtina barədə qanun hazırlayır