ABŞ hərbçiləri Əfqanıstanı tərk etməyə başlayıb

Amerika hərbçiləri Əfqanıstanı tədricən tərk etməyə başlayıblar.

Bu barədə məlumatı ABŞ-ın CNN televiziya kanalı yayıb. Məlumatda bildirilir ki, ABŞ-ın Əfqanıstanın Qəndəhar şəhəri yaxınlığındakı hərbi bazasının əsgər və zabitləri bazanı tərk edərək ABŞ-a qayıdıblar. Hərbi baza isə Əfqanıstanın hökumət qüvvələrinə təhvil verilib.

CNN kanalının bu barədə yaydığı məlumatı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi də təsdiqləyib.

Qeyd edək ki, Qəndəhar yaxınlığındakı hərbi baza Əfqanıstan ərazisindəki ən böyük hərbi bazadır. Burada ABŞ hərbçiləri ilə yanaşı beynəlxalq kaolisiyaya daxil olan dövlətlərin də 26 min hərbçisi xidmət edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yer kürəsində son iki ilin ən güclü maqnit qasırğası qeydə alınıb

Sonrakı məqalə

Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib