ABŞ hava-desant briqadasını Yaxın Şərqə göndərir

ABŞ Ordusu komandanlığı Yaxın Şərqə hava-desant qüvvələrinin yerləşdirilməsi imkanlarını müzakirə edir.

Azpost.info bildirir ki, bu barədə The New York Times (NYT) qəzeti Pentaqon rəsmilərinə istinadən məlumat verib.

Nəşrin mənbələrinə görə, briqadanın 82-ci Hava-Desant Diviziyasının çevik reaksiya bölmələrindən yaradılması nəzərdə tutulur. Təxminən 3000 əsgərdən ibarət olacaq. Onlar 18 saat ərzində dünyanın istənilən yerinə yerləşdirilə bilər. Bu briqada Xarq adasını ələ keçirmək üçün istifadə edilə bilər.

CBS News-un məlumatına görə, 31-ci Ekspedisiya Bölməsindən 2500 dəniz piyadası Xarq adasının ələ keçirilməsində iştirak edə bilər. Onlar artıq Yaxın Şərqə doğru yola düşüblər və təxminən üç həftə ərzində ora çatmaları gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.