ABŞ HƏMAS-a sanksiyalar tətbiq edəcək

ABŞ Maliyyə Nazirliyi Fələstinin HƏMAS qruplaşmasına İsrailə hücum etdiyinə görə sanksiyalar tətbiq etməyə hazırlaşır.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ rəsmiləri bildiriblər.

Onların sözlərinə görə, sanksiyalar bu həftə elan oluna bilər.

“Bir neçə HƏMAS lideri sanksiya siyahısına daxil ediləcək”, – mənbə qeyd edib. Siyahıda konkret olaraq kimin yer alacağı açıqlanmayıb.

Bundan başqa, qruplaşmanın gizli şəkildə maliyyələşdirildiyi qeyri-hökumət təşkilatları da məhdudiyyətlərə məruz qala bilər.

“ABŞ Maliyyə Nazirliyi xarici hökumətlərin yardım etdiyi HƏMAS-ın qeyri-qanuni maliyyə fəaliyyətini tamamilə dayandırmaq üçün sanksiyalardan istifadə etməyə ümid edir. HƏMAS liderlərinin ABŞ-da heç bir əmlakı olmasa da, sanksiyalar onların yerləşdiyi bəzi ölkələrə, məsələn, Qətərə təzyiqi artıracaq”, – mənbə bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.