ABŞ höküməti Google-nin parçalanmasını tələb edir

"Google" axtarış
“Google” axtarış

Məhkəmə Google-ni monopolist kimi tanıdıqdan sonra ABŞ hökuməti onun parçalanmasını, xüsusən də Chrome brauzerinin satışını tələb edir.

AzPost bildirir ki, bu barədə  “The New York Times” yazıb.

Digər tələblər arasında şirkətə axtarış sisteminin cihazlarda nümayiş etdirilməsi üçün pul ödəməsinə qadağa qoyulmasıdır. Bundan başqa tədbirlər rəqabəti artıra bilmədikdə səlahiyyətlilərin Google-ni Android əməliyyat sistemini satmağa məcbur etmək hüququ daxildir.

“Chrome-un satışı rəqiblərə Google ilə rəqabət aparmağa kömək edəcək xeyli sayda axtarış sorğularına çıxış imkanı verəcək” -deyə ABŞ Ədliyyə Nazirliyinin sözçüsü Devid Dahlquist məhkəmə iclasında bildirib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.