“ABŞ-ı Çinin qonşuları ilə sərhəd mübahisələrinə qarışmamağa çağırırıq”- Çin XİN

“ABŞ-ı Çinin qonşuları ilə sərhəd mübahisələrinə qarışmamağa çağırırıq”.

Azpost.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən bildirilib.

XİN rəsmisi Hun Lyan deyib ki, Pekin ABŞ-ın Çini əhatə edən sulara müdaxiləsi və təxribatlarından ciddi narahatdır: “Vaşinqtonu Çinin ərazi suverenliyinə, eləcə də dəniz hüquq və maraqlarına səmimi şəkildə hörmət etməyə, Çinlə qonşu ölkələr arasında dəniz mübahisələrinə qarışmamağa çağırırıq”.

O, həmçinin ABŞ-ı Tayvanın müstəqilliyini müdafiə edən qüvvələrə dəstək və yardımı dərhal dayandırmağa və “vahid Çin” siyasətini dəstəkləmək üzrə öhdəlikləri yerinə yetirməyə çağırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.