“Qrenlandiya ABŞ-ı yox, Danimarkanı seçir“.
AzPost bildirir ki, bu barədə Danimarka muxtar bölgəsi olan Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen mətbuat konfransında bəyan edib.
O, ABŞ və Danimarka arasında seçim etmək məcburiyyətində qalacağı təqdirdə “Danimarkanı seçəcəyik” ifadəsini işlədib.
“Bir şey hər kəs üçün aydın olmalıdır. Qrenlandiya ABŞ-a məxsus olmaq istəmir. Qrenlandiya ABŞ tərəfindən idarə olunmaq istəmir. Qrenlandiya ABŞ-ın bir hissəsi olmaq istəmir”, – Nilsen deyib.