“ABŞ 2 il sonra Çinlə müharibəyə başlayacaq”- Amerikalı generaldan XƏBƏRDARLIQ

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan tabeliyində olan hərbçilərə xəbərdarlıq məktubunda Birləşmiş Ştatların 2 il sonra Çinlə müharibəyə başlayacağına işarə vurub.

Azpost.info xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.

Generalın fikrincə, Çin 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən Tayvan üzərində nəzarəti bərqərar etmək üçün istifadə etməyə çalışacaq.

“Ümid edirəm yanılıram. Amma intuisiyam 2025-ci ildə döyüşəcəyimizi deyir”, – general bildirib.

Xəbərdarlıq ABŞ Hərbi Hava Qüvvələrinin bütün döyüş hissələrinin komandirlərinə göndərilib. OnlaraÇinlə qarşıdurmaya hazırlaşmaq üçün genişmiqyaslı tədbirlər haqqında fevralın sonunadək məlumat vermək tapşırılıb.

Hava qüvvələri komandanlığının nümayəndəsi qeydin həqiqiliyini təsdiqləyib.

“The Wall Street Journal” isə yazır ki, Vaşinqton öz tanklarını Ukrayna əvəzinə, birbaşa Tayvana göndərməlidir. Çünki əsl geosiyasi ağırlıq mərkəzi və ABŞ-ın maraqlarının böyük hissəsi Hind-Sakit okean regionunda cəmləşib. Nəşr həmçinin qeyd edib ki, Respublikaçılar Partiyası Vaşinqtonun Çinlə mübarizə üçün kifayət qədər səy göstərməməsindən narahatdır.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.