ABŞ-ın on iki F-22 qırıcı təyyarəsi İsrailin cənubundakı hava bazasına eniş edib.
APA xəbər verir ki, bu barədə İsrailin Kan dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, F-22 təyyarələri ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması fonunda İsrailə yerləşdirilib.