ABŞ-yə məxsus B-1 “Lancer” bombardmançı təyyarəsi Böyük Britaniyaya gətirilib.
“The Independent” xəbər verir ki, bu addım ABŞ-nin İrana qarşı zərbələrin artırılacağı barədə xəbərdarlıqdan sonra atılıb.
Məlumata görə, bombardmançı təyyarə martın 6-da İngiltərənin Qlosterşir qraflığında yerləşən “RAF Feyrford” hərbi hava bazasına enib. Dörd nəfərlik ekipaj tərəfindən idarə olunan və “Bone” ləqəbi ilə tanınan təyyarə hədəfləri dəqiq vurmaq üçün inkişaf etmiş radar və GPS sistemləri ilə təchiz edilib. Bundan əlavə, düşmən hücumlarından qorunmaq üçün elektron maneə sistemləri, radar xəbərdarlıq və aldadıcı hədəf mexanizmləri ilə təchiz olunub.
Təyyarə eyni zamanda 24 qanadlı raket daşımaq imkanına malikdir. B-1 “Lancer” daha əvvəl Suriya, Liviya, Əfqanıstan və İraqda həyata keçirilən əməliyyatlarda istifadə edilib və ümumilikdə 34 tona qədər silah və hərbi avadanlıq daşıya bilir.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-yə Britaniya bazalarından İranın raket obyektlərinə qarşı müdafiə xarakterli zərbələr endirməyə icazə verib.