“ABŞ-ın bu məhdudiyyətləri Ermənistanla sülhün əleyhinə işləyir” –HİKMƏT HACIYEV

Tramp administrasiyası Azərbaycan və Ermənistanın sülh gündəliyinə güclü sadiqlik nümayiş etdirib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Post“ qəzetinə danışıb.

O bildirib ki, ABŞ liderinin məsələ ilə ətraflı şəkildə məşğul olması təqdirəlayiq əməldir.

Hikmət Hacıyev ABŞ tərəfindən Azərbaycana qarşı davam edən məhdudiyyətlərin sülhün əleyhinə işlədiyinə diqqət çəkib.

Prezidentin köməkçisi Azərbaycan və Ermənistanın sülhün möhkəmləndirilməsi üçün çalışdığını, lakin ABŞ Konqresində Azərbaycana qarşı tamamilə lazımsız qanunverici aktların irəli sürüldüyünü vurğulayıb.

“Bayden və Blinken administrasiytası ilə təəssüf ki, aramızda çoxlu anlaşılmazlıqlar var idi və bu ixtilafların əlaqələrimizə zərəri çox oldu” – Hikmət Hacıyev qeyd edib.

Azərbaycanın neft məhsullarının Ermənistana ixracı barədə danışan Hikmət Hacıyev bunun simvolik bir addım kimi görünə biləcəyini, lakin burada simvolizmlə birlikdə çox vacib geosiyasi konnotasiyaların mövcud olduğunu ifadə edib.

“Biz sadəcə Ermənistan hökuməti ilə yox, həm də Ermənistan xalqı ilə sülh yaradırıq”, – Prezidentin köməkçisi deyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.